"Bu, müharibədir və bizim tərəfimizdən itkilər qaçılmazdır" - Anna Malyar
26 May 2022 20:43 DünyaUkrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə döyüşləri maksimal intensivliyə çatıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə hücum edir. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Biz başa düşməliyik ki, bu, müharibədir və bizim tərəfimizdən itkilər qaçılmazdır", - müdafiə nazirinin müavini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31