"Rusiya vətəndaşlarının Ukraynaya daxil olmasına nəzarətin gücləndirilməsinin tərəfdarıyam" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.

"Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsi zərurətinin tərəfdarıyam", - deyə Ukrayna Prezidentinin saytında dərc edilmiş petisiyaya cavabda deyilir.

Vladimir Zelenski bundan irəli gələn məsələləri həll etməyi baş nazir Denis Şmıqala tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31