"Cənubi Qafqazda sülhün əldə edilməsi üçün təmasa davam edəcəyik" - ABŞ Dövlət katibi
25 May 2022 20:40 DünyaABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmaslara davam edəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.
"Mən dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə müzakirələrində müsbət impulsun əldə etməsini ABŞ-ın necə dəstəkləməsi barədə danışdım. ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam edəcək", - Dövlət katibi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31