Turistlər üçün koronavirus məhdudiyyətləri ləğv edilir

Almaniya iyunun 1-dən turistlər üçün koronavirus məhdudiyyətlərini tamamilə aradan qaldıracaq.

Olaylar.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

Nazirin sözlərinə görə, bu qərara səbəb koronavirusa yoluxma hallarının sayının azalmasıdır. Beləliklə, iyunun 1-dən Almaniyaya giriş edən turistlər peyvənd sertifikatı, PCR testi və ya xəstəlik haqqında arayış təqdim etməli olmayacaqlar.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31