İtaliya sanksiyaya məruz qalan rusların əmlakını dondurdu

İtaliya sanksiyaya məruz qalan rusların əmlakını dondurd

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, İtaliyanın Maliyyə Qvardiyası sanksiyalara məruz qalan rusiyalıların, o cümlədən Alfa Group-un həmtəsisçisi Aleksey Kuzmiçevin və iş adamı Dmitri Pumpyanskinin həyat yoldaşı Qalina Pumpyanskayanın əmlakına məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Məlumata görə,  Kuzmiçevin 2021-ci ildə aldığı heykəltəraşlığın qiyməti təxminən 230 min avro, Pumpyanskayaya məxsus şimaldakı Lekko əyalətindəki obyekt isə 300 min avro dəyərində qiymətləndirilir.

İtaliyanın Maliyyə Qvardiyası mart ayından rusların əmlakının dondurulması prosedurlarını həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31