Moldovanın keçmiş prezidentinin saxlanıldığı təcridxananın mühafizəsi gücləndirilib
25 May 2022 16:01 DünyaMoldovanın keçmiş Prezidenti İqor Dodonun saxlanıldığı Kişineu şəhərindəki istintaq təcridxanasının mühafizəsi gücləndirilib.
Olaylar.az xəbər verir ki, bir qrup şəxs həmin ərazidə "Dodona azadlıq!" şüarı ilə piket keçirib.
Xatırladaq ki, Moldovanın keçmiş Prezidenti İqor Dodon mayın 24-də Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31