Antalya hava limanında rusiyalı turist intihara cəhd edib

 

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki,Antalya hava limanında  rusiyalı turistlərdən biri intihara cəhd edib.

Bu barədə Türkiyənin Turizmaktuel.com nəşri Antalya hava limanında baş verən fövqəladə vəziyyətlə bağlı məlumat yayıb.

Məlumata görə, 38 yaşlı rusiyalı Aleksandr R. Antalya Beynəlxalq Hava Limanının 2-ci terminalında intihara cəhd edib. 

Eyni zamanda hava limanının əməkdaşları da hadisəyə operativ reaksiya veriblər. Türkiyəli zabit turistin həyatına təhlükəni aradan qaldırıb. Bundan sonra rusiyalı vətəndaş təcili olaraq xəstəxanaya çatdırılıb və ona lazımi köməklik göstərilib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Hələlik gənci bu  çarəsiz hərəkətə sövq edən şey haqqında məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31