Xankəndidə su böhranı dərinləşir

Dağlıq Qarabağın keçmiş paytaxtı Xankəndidə su böhranı baş verib. Bundan öncə su qıtlığı ilə əlaqədar avtomobil yuma məntəqələri və istirahət zonaları bağlanıb

Dağlıq Qarabağın keçmiş paytaxtı Xankəndidə su böhranı baş verib. Bundan öncə su qıtlığı ilə əlaqədar avtomobil yuma məntəqələri və istirahət zonaları bağlanıb. İndi də yerli hakimiyyət əhalini qonşu rayonlardan Xankəndiyə su daşımağa çağırır. "Kavkazskiy uzel" bildirir ki, Əsgəran sakinlərinə  belə bir çağırış edilib.

AY Partiya rəhbərliyi Türkiyədə yanğın olan ərazilərə BAŞ ÇƏKİB

Yerli hakimiyyət orqanları buna səbəb kimi havanın çox isti olmasını göstərirlər, çünki çaylar quruyub. Eyni zamanda əhaliyə su yük maşınları ilə gətirilir.

Mənbənin məlumatına görə, yaşayış binalarına şu böyük fasilələrlə və təzyiqsiz verilir, buna görə də su ikinci mərtəbədən yuxarı qalxmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31