AY Partiya rəhbərliyi Türkiyədə yanğın olan ərazilərə BAŞ ÇƏKİB

 Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Yüksəliş Partiyasının (AY) rəhbərliyinin Adana və Mersində görüşləri baş tutub. «OLAYLAR» xəbər verir ki,  nümayəndə heyəti Adananın Aladağ bölgəsi bələdiyyə sədri Mustafa Akgediklə birlikdə yanğın baş verən ərazilərə baş çəkib, evləri, təsərrüfatları yanaraq, yararsız hala düşmüş

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Yüksəliş Partiyasının (AY) rəhbərliyinin Adana və Mersində görüşləri baş tutub. "OLAYLAR" xəbər verir ki,  nümayəndə heyəti Adananın Aladağ bölgəsi bələdiyyə sədri Mustafa Akgediklə birlikdə yanğın baş verən ərazilərə baş çəkib, evləri, təsərrüfatları yanaraq, yararsız hala düşmüş sakinlərlə görüşüb.

AY Partiya rəhbərliyi sakinlərə Azərbaycan xalqının dərdlərinə şərik olduğunu deyib, ölkəmizin daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. Bildirilib ki, Türkiyə heç vaxt Azərbaycandan dəstəyini əsirgəmədiyi kimi, Azərbaycan da bu çətin günlərində qardaşlığını əsirgəməyəcək.

Daha sonra nümayəndə heyəti Çukurova Dövlət Universitetini ziyarət edib, təhsil ocağının 22 hektarlıq ərazidə yerləşən kampüsü ilə tanış olub, ayrı-ayrı fakültələrə baş çəkib.

Təhsil ocağında Universitetin rektoru, professor Məryəm Tuncell, eləcə də hüquq fakültəsinin katibi Çingiz Kurtla görüşlər keçirilib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın vəziyyəti, tələbə mübadiləsi, Türkiyə ali məktəblərinin Azərbaycanda filiallarının yaradılması imkanlarından danışılıb.

Adanada görüşlər başa çatdıqdan sonra isə AY Partiya rəhbərliyi Mersinə gedib və burada da ilk baş çəkilən məkan yanğın əraziləri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31