Gürcüstanda son sutkada 20 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 141 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 141 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 410 830, ölənlərin sayı isə 5 751 nəfərə çatıb. Virusa yoluxanlardan 377 597 nəfərin sağaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31