Rusiyalı general: "Dronlar vasitəsilə həyata keçiriləcək terror təhlükəsi artmaqdadır"

Rusiyalı general: "Dronlar vasitəsilə həyata keçiriləcək terror təhlükəsi artmaqdadır"

Pilotsuz uçan aparatların terrorçular tərəfindən tətbiqi dünyanın istənilən ölkəsində mümkündür.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Krasnaya zvezda" qəzetinə müsahibəsində Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Leonov bildirib.  

Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələr PUA-ları mükəmməlləşdirmək üzərində işlər aparırlar. Bunula bağlı yaxın vaxtda dronlar vasitəsi törədilə biləcək terror aktlarının təhlükəsi artmaqdadır - "tək Suriyada yox, istənilən ölkənin ərazisində".  

General bildirib ki, dronlarla effektiv mübarizə aparmaq üçün onların axtarma və məhv etmə üsullarını mükəmməlləşdirmək gərəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31