“Bu ölkəyə qoşun yeridə bilərik, məsələ parlamentdədir...” – Kalından şok açıqlama

“Bu ölkəyə qoşun yeridə bilərik, məsələ parlamentdədir...” – Kalından şok açıqlama

"Liviyaya qoşun yeritməyə imkan verən qanun layihəsinə ehtiyac ola bilər və ölkə parlamenti bu məsələ üzərində işləyir".

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Kalın, Türkiyənin Tripolidə Fayez əl-Sərrac hökumətinə lazımi dəstəyi verməyə davam edəcəyini söyləyib.

"Röyters" Türkiyənin BMT-nin embarqosuna baxmayaraq, artıq Sərrac hökumətinə silah göndərdiyini iddia edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31