“Bəlkə də mənə güldan göndərəcək” – Trampdan Şimali Koreya liderinə
“Bəlkə də mənə güldan göndərəcək” – Trampdan Şimali Koreya liderinə
25 Dekabr 2019 15:15 DünyaABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın "Vaşinqtona yeni il hədiyyəmiz olacaq" açıqlamasında münasibət bildirib.
Tramp rəsmi Pxenyanın açıqlamasını ciddiyə almayıb.
Amerika başçısı jurnalistlərə açıqlamasında deyib: "Sürprizin nə olduğunu öyrənəcəyik və bunun öhdəsindən ən yaxşı şəkildə gələcəyik. Nə olacağını biləcəyik. Bəlkə də xoş bir hədiyyədir. Bəlkə də o, (Kim Çen İn) raket sınağı yerinə mənə güldan göndərəcək".
Bundan əvvəl Şimali Koreya ABŞ-ı tərəflər arasında ballistik raketlərin yox edilməsi ilə bağlı əldə olunan anlaşmaları pozmaqda ittiham edib.
"Necə bir yeni il hədiyyəsi alacağı ABŞ-a bağlıdır", - Pxenyanın yaydığı açıqlamada bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31