İranda hərbi təyyarə qəzaya uğradı - pilot həlak oldu
İranda hərbi təyyarə qəzaya uğradı - pilot həlak oldu
25 Dekabr 2019 13:46 Dünyaİranın Ərdəbil ostanında "MiG-29" tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, ostan rəhbərliyindən verilən məlumata görə, Savalan dağı yaxınlığında, Baba Maqsud zirvəsi üzərində baş verən hadisə nəticəsində pilot həlak olub.
Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinə və ostanın Fövqəladə İdarəsinə məxsus helikopterlər cəlb edilib. Təyyarənin qalıqlarının və qara qutusunun hələlik tapılmadığı bildirilir.
Araşdırma davam edir.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31