Kuryer sifarişçisinə təcavüz etmək istədi

KURYER SİFARİŞÇİSİNƏ TƏCAVÜZ ETMƏK İSTƏDİ

Rusiyada kuryer yemək sifarişi apardığı qıza təcavüz etmək istəyib.

Nevnov.ru-nun xəbərinə görə, Özbəkistan vətəndaşı olan kuryer Sankt-Peterburqun Kiçik Balkan küçəsinə sifariş qəbul edərək yeməyi ünvana gətirib.

O, qapını açan 20 yaşlı sifarişçi qızın evinə girərək ona təcavüz etmək istəyib.

Özbək kuryer hadisə ilə bağlı istintaqa cəlb edilib.

Məlum olub ki, o, Rusiya ərazisində qeydiyyatsız yaşayır və rəsmi iş yeri yoxdur.

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31