Helikopter sərt eniş edib - 3 nəfər xəsarət alıb
Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" helikopterinin sərt eniş etməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Olaylar.az "TASS"a istinadən bildirir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi yayıb.
Helikopter "KrasAvia" şirkətinə məxsusdur.