Son on ilin ən zəngin musiqiçiləri açıqlandı

Son on ilin ən zəngin musiqiçiləri açıqlandı

Forbes jurnalı son on ilin ən zəngin musiqiçilərinin reytinqini dərc edib.

Olaylar.az bildirir ki, reytinqdə 1-ci yeri amerikalı repçi və prodüser Dr. Dre (Andre Romel Yanq) tutub. Onun varidatı 950 milyon dollar məbləğində dəyərləndirilir. 

İkinci yerdə 825 milyon dollarlıq varidatın sahibi amerikalı pop ifaçısı Teylor Suift, 3-cü yerdə əmlakı 685 milyon dollar olan amerikalı müğənni Beyons qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31