Bankdan oğurladığı pulları... – 65 yaşlı kişidən qəribə addım

Bankdan oğurladığı pulları... – 65 yaşlı kişidən qəribə addım

ABŞ-ın Kolorado ştatında bir bankı soyan kişi əldə etdiyi pulları "Yeni iliniz mübarək" deyərək ətrafa səpib.

65 yaşlı David vayn Oliver "Academy" bankında həyata keçirdiyi silahlı soyğundan sonra yaxınlıqdakı bir restoranda saxlanılıb.

Polisə ifadə verən hal şahidi 65 yaşlı kişinin bankdan ələ keçirdiyi pulları "Yeni iliniz mübarək" deyərək ətrafa səpdiyini deyib.

Amerika mediası bankdan oğurlanan pulların əksik olduğunu, Oliverin soyğun zamanı silahdan istifadə edib-etməməsinin naməlum qaldığını yazıb.

Həbsxanada saxlanılan Oliver gələn həftə məhkəməyə çıxarılacaq.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31