Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
25 Dekabr 2019 12:12 DünyaYəmənin şimal-qərbindəki Saada əyalətində bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə yəmənli üsyançıların (husilər) nəzarətində olan "Əl-Masira" telekanalı məlumat yayıb.
Buna qədər 15 nəfərin öldüyü deyilirdi.
Telekanalın məlumatına görə, raket və artilleriya zərbələri nəticəsində ölənlərdən 5 nəfəri Yəmən vətəndaşı, 12 nəfəri isə afrikalı miqrantlardır.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31