Ölkə şokda: 35 nəfər öldürüldü – Qorxunc olaylar
Ölkə şokda: 35 nəfər öldürüldü – Qorxunc olaylar
25 Dekabr 2019 11:25 DünyaBurkina Fasoda baş verən terror aktı nəticəsində 35 nəfər həyatını itirib.
Həlak olanların böyük əksəriyyəti qadınlardır.
Hadisə ölkənin Arbinda şəhərində baş verib. Hökumət qüvvələrinə aid hərbi bazanı və yaşayış qəsəbəsinə hədəf alan terrorçular bu zaman yaranan qarşıdurmada 80 nəfər itki verib.
Hökumət ordusunun 7 hərbçisi həlak olub. Mülki vətəndaşlara hücumlarda isə 31-i qadın olmaqla, ümumilikdə 35 nəfər öldürülüb.
Terror aktının məsuliyyətini üzərinə götürən olmayıb.
2015-ci ildən bəri Burkina Fasoda Əl-Qaidə və İŞİD terror təşkilatlarına bağlı silahlı qruplaşmaların fəallığı artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31