Kadırovdan ərazi iddiası: Kəndlərimizi geri ala bilərik!

Kadırovdan ərazi iddiası: Kəndlərimizi geri ala bilərik!

Dağıstanlılar məhkəməyə müraciət etdilər, mübahisə davam edir. Ancaq bu ərazinin 7 milyard faiz bizə məxsus olduğunu bilirlər və haqsız olduqlarını da dərk edirlər.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Dağıstan və İnquşetiya ilə aralarında olan mübahisəli ərazilər barədə açıqlamasında deyib.

Kadırov Qızılyar rayonunun Çeçenistana aid olduğunu bildirib.

Çeçenistan rəhbəri həmçinin, 2018-ci ildə yekunlaşmış İnquşetiya ilə ərazi mübahisəsini də xatırladıb. O, çeçen xalqının inquşları qardaş hesab etdiyinə görə torpaqların bir hissəsini almaqdan imtina etdiyini deyib:

"Biz öz kəndlərimizi geri ala bilərik. Buna hüquqi ixtiyarımız var".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31