Cənubi Koreyada zavodda partlayışlar
Cənubi Koreyada zavodda partlayışlar
24 Dekabr 2019 15:06 DünyaCənubi Koreyanın Kvanqyanq şəhərində zavodların birində ardıcıl iki partlayış baş verib.
Hadisə Cənubi Koreyanın polad istehsalçısı olan POSCO şirkətinə məxsus zavodda yerli vaxtla 13:14-də (Bakı vaxtı ilə 8:14) qeydə alınıb.
Hadisə yerinə xeyli sayda xilasedici və yanğınsöndürən cəlb olunub. Xəsarət alan 5 nəfər xəstəxanalara yerləşdirilib. Şəhər rəhbərliyi zavoda yaxınlıqda yerləşən körpünün fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan yayıb.
Hazırda yanğınsöndürənlər yanğını nəzarət altına almağa çalışırlar.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31