Moskvada həyəcan: 10 məhkəmə boşaldıldı

Moskvada həyəcan: 10 məhkəmə boşaldıldı

Moskvada 10 rayon məhkəməsindən insanlar təxliyə edilib

Bu məlumatı Moskva Şəhər Məhkəməsi yayıb. Məlumata görə, məhkəmələrin boşaldılmasına səbəb bomba yerləşdirilməsiylə bağlı anonim zəng olub. Məhkəmələrdən ümumilikdə 1000 nəfərin evakuasiya olunduğu vurğulanıb.

Qeyd edək ki, Rusiyada bomba yerləşdirilməsiylə ilə bağlı yalançı zənglər dalğası noyabrın 28-dən başlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31