Meksikada şəhər meri silahlı hücumun qurbanı olub

Meksikada şəhər meri silahlı hücumun qurbanı olub

Meksikanın Oahaka ştatında silahlılar yeni il şənliyinin keçirildiyi binaya daxil olaraq insanlara atəş açıblar.

"TASS" bildirir ki, silahlı insident nəticəsində Halapa şəhərinin meri Arturo Velaskes, şəhər administrasiyanın əməkdaşlarından biri Xavyer Terrero həlak olub.

Digər ölən və yaralananlar barədə məlumat verilmir.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaçıblar. Hazırda onların axtarışları aparılır.

Xeberoxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31