Soros İsrailin düşmənidir – Trampın vəkili

Soros İsrailin düşmənidir – Trampın vəkili

ABŞ milyarderi Corc Soros Vaşinqtonun Ukraynadakı dörd səfirinin təyinatı və işinə təsir göstərib.

Bunu ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani deyib. Onun sözlərinə görə, Soros səfir Mari Yovaniviçi birbaşa nəzarətdə saxlayıb:

"Bütün dörd səfirin hamısı onun adamlarıdır. Üstəlik, o, Federal Təhqiqatlar Bürosu agentlərini təyin edib".

O, həmçinin, Sorosa qarşı tənqidinin antisemitizm kimi anlaşılmaması gərəkdiyini deyib:

"Onu çətinliklə yəhudi adlandırmaq olar. O, sinaqoqa getmir, İsraili dəstəkləmir. O, İsrailin düşməni və dəhşətli adamdır".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31