ABŞ-da silahlı insident: ölən və yaralananlar var
ABŞ-da silahlı insident: ölən və yaralananlar var
24 Dekabr 2019 13:07 DünyaABŞ-ın Arizona ştatının Finiks şəhərində silahlı insident qeydə alınıb.
"Fox News"a istinadla xəbər verilir ki, ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.
Məlumata görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan bir nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.
Cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, polisin açdığı atəş nəticəsində ölüb.
Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31