Braziliya prezidenti hamamda yıxıldı - Təcili xəstəxanaya aparıldı

Braziliya prezidenti hamamda yıxıldı - Təcili xəstəxanaya aparıldı

Braziliya dövlət başçısı Jair Bolsonoru xəstəxanaya yerləşdirilib.

Prezidentin ofisindən verilən açıqlamaya görə, Bolsonoru paytaxtdakı hərbi xəstəxanalardan birinə aparılıb və beyin tomoqrafiyası çəkilib.

Əlavə olunub ki, dövlət başçısı 6-12 saat müşahidə altında saxlanılacaq.

Prezidentin hansı səbəbdən xəstəxanaya aparıldığına dair informasiya verilməsə də, yerli media onun hamamda yıxıldığı və başının yerə dəydiyi iddiası ilə çıxış edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31