Sobada gizlənib yanmaqdan xilas oldu
Sobada gizlənib yanmaqdan xilas oldu
23 Dekabr 2019 18:49 DünyaAvstraliyada kişi sobanın içinə girərək yanğından xilas olub.
Bu barədə " The Mirror" nəşri məlumat yayıb. Avstraliyanın Balmoral şəhər sakini 67 yaşlı rəssam Stiv Harrison meşə yanğını zamanı məhz belə xilas olub.
Onun həyat yoldaşı isə əvvəlcədən evakuasiya edilib. İnadkar Stiv isə əmlakını qorumaq məqsədilə evdə qalıb və getdikcə alovlanaraq artan meşə yanğını onun evinə çatanda Stiv xilas olmaq üçün sobanın içinə girib. Beləliklə də, sağ qalır.
Sobanın içərisində yarım saat qalan Stiv dəhşətli bir mənzərə ilə üzbəüz qalıb. Nəticədə isə Stivə məxsus ev və rəssam emalatxanası yanıb.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31