Həkim tələbə qızların tualetinə kamera yerləşdirdi
HƏKİM TƏLƏBƏ QIZLARIN TUALETİNƏ KAMERA YERLƏŞDİRDİ
23 Dekabr 2019 18:26 DünyaTürkiyənin Bartın şəhərində ailə həkimi tələbə qızların tualetinə kamera yerləşdirib.
DHA-nın xəbərinə görə, 50 yaşlı K.Ü. qonşuluğuna köçən iki tələbə qızın tualetinin pəncərəsinə gizli kamera yerləşdirib.
Kameranın fərqinə varan qızlardan biri polisə xəbər verib. Polis həkimin ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.
Eyni zamanda, evdəki kamera və kompüter də araşdırma üçün götürülüb.
Hadisəni törədən həkimin təqaüdə çıxmaq üçün müraciət etdiyi bildirilib.
İnzibati istintaq prosesi zamanı həkim K.Ü.-nün iş müqaviləsi ləğv edilib.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31