“Dəli Nensi...” – Tramp xanım spikeri təhqir etdi
“Dəli Nensi...” – Tramp xanım spikeri təhqir etdi
23 Dekabr 2019 18:11 DünyaABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Senatdakı respublikaçı senatorlara impiçment prosedurunu diktə etməyə çalışmaqda ittiham edib.
Prezident palata rəhbərini "dəli" adlandırıb.
"Dəli Nensi bu impiçment fırıldaqçılığının şərtlərini Senatda çoxluqda olan respublikaçılara diktə etmək istəyir. Demokratlar bu məsələnin bitməsini istəyirlər. Onların apardığı istintaq ölüdür və reytinqləri dəhşətlidir", - Tramp qeyd edib.
Nümayəndələr Palatası ötən həftə prezidentin iki maddəli ittiham aktını təsdiqləyib. Tramp vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaqda ittiham olunur. İndi ittihamlar Senatın müzakirəsinə verilməlidir, Donald Tramp burada impiçment proseduru çərçivəsində mühakimə ediləcək.