Parisdə növbəti aksiyalar: Polis güc tətbiq etdi

Parisdə növbəti aksiyalar: Polis güc tətbiq etdi

Fransa polisi Parisin cənub-şərqindəki "Qar-de-Lion" metrostansiyası yaxınlığında təqaüd islahatlarına qarşı etiraz edən nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qazlardan istifadə edib.

Bu barədə məlumatı hadisə yerindən canlı yayım edən LCE televiziyası yayıb.

Qeyd olunur ki, metro stansiyasının yanında islahatlara qarşı etiraz edən nümayişçilər əllərinə keçən hər şeyi polislərə atıb.

Qeyd edək ki, Fransada etiraz aksiyaları dekabrın 5-də həmkarlar ittifaqının çağırışı ilə başlanıb. Nümayişlərdə nəqliyyat və tibb işçiləri, müəllimlər, vəkillər, yanğınsöndürənlər və digər peşə sahibləri iştirak edir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31