Talibanla maraqlarımız bu sahədə üst-üstə düşür – Moskva

Talibanla maraqlarımız bu sahədə üst-üstə düşür – Moskva

Rusiya ilə Taliban radikal qruplaşmasının maraqları yalnız İŞİD terror təşkilatına qarşı mübarizə məsələsində üst-üstə düşür, Moskva ilə taliblərin hədəfləri isə fərqlidir.

Bu sözləri Rusiya XİN rəsmisi Dmitri Kabayev rus-əfqan gənclik forumunda çıxış edərkən deyib.

"Rusiya heç zaman Taliban hərəkatının müdafiəçisi qismində çıxış etməyib. Bizim hədəflərimiz ancaq insanlığa xas olmayan qanunlarını bütün dünyaya yaymağa çalışan İŞİD-lə mübarizədə üst-üstə düşür. Taliban da nəzarət etdiyi ərazilərdə məhz onlara qarşı mübarizə aparır. Bizim maraqlarımız ancaq bu məsələdə üst-üstə düşür", - deyə Kabayev bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31