Din alimləri Haftara qarşı birləşdi - Sensasion müraciət
Din alimləri Haftara qarşı birləşdi - Sensasion müraciət
23 Dekabr 2019 16:47 DünyaLiviya Ruhaniləri və Alimlər Cəmiyyəti Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftara qarşı bəyanat yayıb.
Din alimləri Haftarın ordusunun Tripoli şəhərini ələ keçirmək üçün təşkil etdiyi hücuma qarşı bir çox şəhərdə elan edilən səfərbərlik qərarını dəstəklədiyini açıqlayıblar.
Haftarı dəstəkləyən ölkələrlə əlaqələrin kəsilməsi çağırışı edilib.
Liviya Ruhaniləri və Alimlər Cəmiyyətinin üzvü Əbdürrəhman Qaddu Haftarı dəstəkləyən ölkələrin konkret adını çəkərək bu dövlətlərlə münasibətlərin kəsilməsinin tərəfdarı olduğunu bildirib:
"Ölkəmiz şər qüvvələrə dəstək verən Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, Fransa və Rusiya tərəfindən birbaşa dəstəklənən qəddar Xəlifə Haftarın hücumu ilə üz-üzədir. Vətəni və vətəndaşı qorumaq, düşməni dəf etmək Milli Hökumətin üzərinə düşən məsuliyyətdir".