Yunanıstanda Türkiyə diplomatının avtomobili yandırılıb
Yunanıstanda Türkiyə diplomatının avtomobili yandırılıb
23 Dekabr 2019 15:16 DünyaYunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb.
Yanğın dekabrın 23-də səhər saatlarında olub.
Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib.
Yerli polis hadisə ilə bağlı araşdırma aparır.
Yanğının törədənin kimliyi məlum deyil.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31