Türk əsgərləri terrordan təmizlənən bölgədə yaşayan insanlara kömək etməkdə davam edirlər
Türk əsgərləri terrordan təmizlənən bölgədə yaşayan insanlara kömək etməkdə davam edirlər
23 Dekabr 2019 14:39 DünyaTürkiyə Sılahlı Qüvvələri Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan insanlara kömək etməkdə davam edir.
Olaylar.az bildirir ki, torpaqlar şumlanır, məhsul əkilir. Uşaqlar terror qorxusu olmadan məktəbə gedə bilirlər. "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgə hər gün daha da gözəlləşir.
Terrordan təmizlənən bölgədə yaşayan və türk əsgərinə minnətdarlığını dilə gətirən məktəbli uşaq bildirir ki, mən səhər yuxudan durub məktəbə gedirəm: "Məktəbdən gəldikdən sonra isə çobanlıq edib ailəmə kömək edirəm. Türk əsgərinə təşəkkür edirik".
Tarlasını şumlayıb əkin əkən bir vətəndaş isə qeyd edir ki, tarlanı gözəl bir şəkildə şumladıq, buğda əkdik, yağış yağdı: "Arpa da əkəcəyik. İşığımız, suyumuz, hər şeyimiz var. Hal-hazırda şükürlər olsun xoşbəxtik." .