Oğruya irad bildirən prokuror bıçaqlandı

Oğruya irad bildirən prokuror bıçaqlandı

Rusiya Baş Prokurorluğunun əməkdaşını bıçaqlayan şəxs Moskvada saxlanılıb.

Riafan.ru-nun xəbərinə görə,  Aleksey Zaretski mağazadan oğurluq edən gəncə öz iradını bildirib. Buna cavab olaraq gənc cibindən soyuq silah çıxararaq, onu ayağından bıçaqlayıb və qaçıb.

Prokuror isə xəstəxanaya yerləşdirilib.

Şübhəli - 22 yaşlı İbrahim Bikarov artıq saxlanılıb.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb, cinayət işi qaldırılıb.

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31