Bölgədə kritik vəziyyət- Üç ölkədən Türkiyəyə qarşı ŞOK ANLAŞMA
Bölgədə sular durulmur: Üç ölkədən şok anlaşma – Türkiyəyə qarşı
23 Dekabr 2019 13:38 DünyaYunanıstan, Cənubi Kipr və İsrail arasında Şərqi Aralıq dənizinə dair yeni sazişin imzalanacağı bildirilib.
Olaylar.az xəbər verir ki, ehtimal olunan anlaşma gələn il sözügedən bölgədə "EastMed" qaz boru xəttinin çəkilişini ehtiva edir.
Yunanıstan baş nazirinin mətbuat xidmətindən verilən açıqlamada yanvarın 2-də paytaxt Afinada keçiriləcək imzalama mərasimində Yunanıstan Baş naziri Kiryakos Miçotakis, Cənubi Kipr Prezidenti Nikos Anastasiades və İsrail Baş naziri Binyamin Netanyahunun iştirak edəcəyi vurğulanıb.
Plana görə, boru kəməri İsrailin Levant sahillərindən başlayaraq Krit adası və Yunanıstandan keçərək İtaliyaya qədər uzanacaq.
İtaliya Baş naziri Cüzeppe Kont isə may ayında verdiyi açıqlamada "EastMed" boru xəttini qəbul etmədiyini demişdi. İtaliyadan fərqli olaraq, Avropa İttifaqı "EastMed" proyekti üçün maddi vəsaitin ayrıldığını açıqlayıb.
Əlavə edək ki, bir müddət əvvəl Liviya və Türkiyə arasında Şərqi Aralıq dənizində təbii qaz axtarışlarına dair saziş imzalanıb. Yunanıstan və Cənubi Kipr sözügedən anlaşmanın bölgənin təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək, buna etiraz edib.