Venesuelada hərbi hissəyə hücum edilib- ölən var

Müxalifət Venesuelanın hərbi hissələrindən birinə hücum edib, bir əsgər həlak olub.

Olaylar.az  Trend-ə istinadən bildirir ki, bu barədə Müdafiə Naziri Vladimir Padrino Lopes öz "Twitter" səhifəsində yazib.

Nazir bildirib: "Bu gün səhər tezdən ekstremist bir müxalifət sektorları tərəfindən ölkənin cənubundakı hərbi hissəyə hücum edilib, silah oğurlanıb".

Padrino Lopes əlavə edib ki, bu terror hücumu nəticəsində 1 əsgər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31