Rusiyada pilotsuz strateji bombardmançılar yaradılacaq

Rusiyada pilotsuz strateji bombardmançılar yaradılacaq

Rusiyada 2040-cı ilə qədər pilotsuz strateji bombardmançı təyyarələr yaradılacaq. 

RİA "Novosti"nin məlumatına əsasən, bu barədə RF HKQ-nin Uzaq aviasiyasının komandanı general-leytenant Sergey Kobılaş bildirib.

O qeyd edib ki, hazırda aviasiya Tu-160, Tu-95MS, Tu-22MZ bombardmançılarının xidmət müddətini uzadaraq modernləşdirilməsi və uzaq aviasiyanın perspektivli aviasiya kompleksinin - beşinci nəsil səssiz strateji  bombardmançının  yaradılması ilə məşğuldur. 

Yeni təyyarənin 2027-ci ilin sonuna qədər silahlanmaya ötürüləcəyi gözlənilir.

xeberoxu.az

Məşhur markanın filialı dini dəyərləri təhqir etdiyi üçün bağlandı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31