Türkiyədə avtobus aşdı - 20-yə yaxın yaralı
Türkiyənin Antalya vilayətində avtobus aşıb.
Hadisə nəticəsində 17 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 5 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd olunur ki, avtobus hotel işçilərini aparırmış. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
trend.az