Batumidə kütləvi etiraz aksiyası keçirilib
Batumidə kütləvi etiraz aksiyası keçirilib
23 Dekabr 2019 12:24 DünyaBatumidə ötən gün kütləvi etiraz aksiyası keçirilib.Etirazçılar əvvəlcə 6 May liman və park yaxınlığında, daha sonra isə Gül Meydanında toplaşıblar. Aksiya müxtəlif siyasi partiya və hərəkat liderlərinin danışığı ilə başa çatıb. Natiqlər hakim partiyanın və onun lideri Bidzina İvanişvilinin "daxili və xarici qüvvələrin" təzyiqi altında olacağına ümid etdiklərini bildiriblər.
"Aksiya İvanişvilinin gürcü xalqına etdiyi təhqirdən vaz keçməsi tələbinin davamı və növbəti parlament seçkilərinin mütənasib sistemə uyğun olaraq keçirilməsi tələbinin davamıdır", - deyə Azad Demokratlar Partiyasının lideri Şalva Shavqulidze bildirib.
Onun sözlərinə görə, etiraz dalğası təkcə Gürcüstan cəmiyyətində deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində artır.
Etiraz zamanı hər hansə hadisələr haqqında isə məlumat açıqlanmır.
sia.az