Ermənistanda hələ çox vətəndaş zərər çəkəcək
Ermənistanda hələ çox vətəndaş zərər çəkəcək
23 Dekabr 2019 12:23 DünyaErmənistanda bir ailə dəm qazından zəhərlənib, zərərçəkənlər arasında üç uşaq da var. Amenianreport.com saytında yayımlanan məlumata görə, dəm qazından zəhərlənmə hadisəsi Ermənistanın Ararat bölgəsində qeydə alınıb.
Məlumata görə, uşaqların dəm qazından zəhərlənməsi ilə onlara çatdırıldığı barədə Masis Tibb Mərkəzindən xəbər yayılıb. Fotojurnalist Qagik Şamşyan, icma polis şöbəsi müfəttişinin rəhbərlik etdiyi Masis polis şöbəsinin işçi qrupu ilə xəstəxanaya gedərək Aintap kənd sakinlərinin xəstəxanaya yerləşdirildiyini aşkar edib.
Polislər hadisənin səbəblərini aydınlaşdırarkən, Masis polis şöbəsinə yenidən 13 yaşlı, 11 yaşlı və 67 yaşlı zərərçəkənlərin eyni diaqnozla gətirildiyi barədə Masis tibb mərkəzindən məlumat daxil olub. Bir müddət sonra 34 yaşlı digər birinin dəm qazından zəhərlənmə faktı ilə gətirildiyi barədə Masis polis şöbəsinə Muratsan tibb mərkəzindən də məlumat verilib.
Masis polis şöbəsi, adıçəkilən şəxslərin dəm qazından zəhərləndiyini və bu səbəbdən xəstəxanaya yerləşdirildiyini müəyyən edib.
Görünür, nəzarətsizlik Ermənistanda hələ çox vətəndaşın zərərçəkməsinə səbəb olacaq və bir gün ərzində ardıcıl olaraq bir neçə nəfərin zəhərlənmə kimi, eyni diaqnozla xəstəxanaya yerləşdirilməsi təsdiq edir ki, vətəndaşların şəraiti ilə yanaşı, nəzarət mexanizmi də acınacaqlı vəziyyətdədir.
sia.az