Erməni hərbçilərində psixoloji problem aşkarlanıb
Erməni hərbçilərində psixoloji problem aşkarlanıb
23 Dekabr 2019 12:17 Dünyaİrəvan və Gümrü hərbi qarnizonlarında hərbi qulluqçular sınaqdan keçirilib. Armenianreport.com saytında yayımlanan məlumata görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanda yerləşdirilən Cənub Hərbi Dairəsinin Rusiya hərbi bazasında hərbi kadrların planlı şəkildə dəyişdirilməsi çərçivəsində hərbi psixoloqlar hərbi xidmət müddətində olan, 1,5 mindən çox hərbi qulluqçunu araşdırıb və sınaqdan keçirib.
Hərbçilərin psixoloji və sosial problemləri 100-dən çox mövzuda fərdi söhbət və sınaq metodları ilə müəyyənləşdirilib. Psixoloqlar yeni gəlmiş, uyğunlaşma dövründə olan hərbçilərdə stres, depressiya və şəxsi narahatlıqların olduğunu müəyyənləşdiriblər.
Psixoloji tədqiqatın nəticələrinə əsasən hərbi psixoloqlar yeni gəlmiş hərbçilərin problemlərlə dolu olan psixoloji portretlərini tərtib ediblər və bölmə komandirlərinə problemlərlə bağlı müvafiq tövsiyələr veriblər.
sia.az