İdlibə 9 mülki vətəndaş həyatını itirib

İdlibə 9 mülki vətəndaş həyatını itirib

Rusiyaya aid döyüş təyyarələri dünən gecə "Maarratünnuman" " Sübül" "Babbila" kəndlərinə və digər kəndlərə hücum ediblər. Son 2 gündə ərzində İdlibdə 25 min mülki şəxs yerlərindən didərgin düşüb.

Bildirək ki, Əsəd rejimi İdlib Gərginlik Azaldılması bölgəsindəki daha altı yaşayış məntəqəsini ələ keçirib və həmçinin Rusiyanın İdlibə hücumlarında 5 mülki şəxs həlak olub. İdlib Mülki Müdafiə (Ağ Dəbilqə) qruplarından verilən məlumata görə, Rusların etdiyi hücumlarda Maarratünnuman mahalında 4 nəfər, Masaran kəndində 5 nəfər olamqla, ümumilikdə 9 vətəndaş həyatını itirib.

Qeyd edək ki, Rejim hücumları davam edir və Serakib, Kefrenbil, Keferruma və Kensafra mahalında Bəşər Əsəd rejimi, Marşurin, Mardebse, Babolin, Marand kəndlərinə hava hücumları təşkil edib və intensiv köç nəticəsində demək olar ki, bəzi məntəqələr tamamilə boş qalıb.

Vurğulayaq ki, Mülki Müdafiə qrupları tərəfdən axtarış -xilasetmə tədbirləri aparır və hücumlardan qaçan mülki şəxsləri təhlükəsiz yerlərə köçürməyə çalışırlar.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31