Makronun Afrikadakı çıxışı qalmaqal yaratdı - Müstəmləkəçilik...
Makronun Afrikadakı çıxışı qalmaqal yaratdı - Müstəmləkəçilik...
23 Dekabr 2019 12:08 DünyaFransa Prezidenti Emmanuel Makronun Fil Dişi sahilinə səfəri zamanı müstəmləkəçiliklə bağlı səsləndirdiyi fikirlər Afrika ölkələrində ajiotaj yaradıb.
Makron müstəmləkəçiliyin Fransanın böyük və ciddi səhvi olduğunu bildirib.
Tarixdə yeni bir səhifə açılmasına ümid etdiyini deyən Fransa prezidenti müstəmləkə dönəmini bilməyən nəsildən olduğunu söyləyib: "Ölkə əhalisinin dörddə üçünün heç vaxt müstəmləkəçilikdən xəbəri olmayıb. Yeni pul vahidinə qitədəki gənclərin istəyi ilə keçildi".
O, Afrikadakı gəncləri Fransa ilə müttəfiqliyə çağırıb.
Afrika ölkələri isə Makronun fikirlərini Fransanın yeni müstəmləkəçilik manevri kimi qiymətləndirib.
Afrika iqtisadçıları Qərbi Afrika İqtisadi və Valyuta Birliyi (UEMOA) ölkələrinin CFA frankının əvəzinə "eko" adlı yeni bir valyutanı qəbul etməsini Fransanın keçmiş koloniyalarının pul siyasətində üstünlüyünü qorumağa yönəlmiş bir manevri kimi şərh ediblər.