Ölən dublyorun ailəsinə 8,6 milyonluq təzminat verildi

Ölən dublyorun ailəsinə 8,6 milyonluq təzminat verildi

"The Walking Dead" serialının çəkilişləri zamanı binadan yıxılaraq ölən dublyor Con Bernekerin ailəsinə 8,6 milyon dollar dəyərində təzminat ödənilməsinə qərar verilib.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, məhkəmədə hadisə şahidləri dinlənilib və qəzanın lentə alındığı video izlənilib. 2017-ci ildə çəkilən filmdə Berneker bir döyüş səhnəsini canlandırırdı və 7 metrə hündürlükdən yıxılaraq, aşağıdakı qoruyucu yastığın üzərinə düşməli idi. Lakin dublyor havada çevrilərək yastığa deyil yerə yıxılıb. O, xəstəxanada iki gün qaldıqdan sonra həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31