Keyfiyyətsiz spirtli içkidən 9 nəfər öldü

Keyfiyyətsiz spirtli içkidən 9 nəfər öldü

Filippində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 9 nəfər həyatını itirib.

Olaylar.az bildirir ki, bu barədə RİA "Novosti" CNN Philippines nəşrinə istinadən xəbər verib.

100 nəfərdən çox şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənənlərin hamısı ənənəvi hindistan qozundan hazırlanan lambanoq arağından içib.

Qeyd olunub ki, içkilərin satışı müvəqqəti olaraq dayandırılıb.

Hadisənin təfərrüatını araşdırırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31