Sisidən qorxunc Liviya təlimatı - Yeni gəlişmə
Sisidən qorxunc Liviya təlimatı - Yeni gəlişmə
23 Dekabr 2019 11:41 DünyaMisir Prezidenti Sisinin Liviyaya çoxlu sayda tank göndərdiyi iddia edilib.
"Debka File" saytı bu barədə məlumat yayıb.
İddialara görə, tanklar Türkiyənin Liviyaya hər hansı müdaxiləsinin qarşısını almaq üçün göndərilib.
Kəşfiyyat qaynaqlarına istinadla yayılan xəbərdə Türkiyəyə qarşı təlimatın şəxsən Sisi tərəfindən verildiyi bildirilir.
Misir hava donanmasının bir hissəsinin də hazır vəziyyətdə gözlədiyi deyilir.
Xatırladaq ki, Türkiyə ilə Liviya arasında əldə olunan razılaşmadan sonra bir sıra ölkələr əks-hücuma keçiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31