İraqda yalnız bu yolla asayiş bərpa olunar – Sistani
İraqda yalnız bu yolla asayiş bərpa olunar – Sistani
20 Dekabr 2019 17:39 Dünyaİraq şiələrinin dini lideri Ayətullah Əli Sistani ölkədə uzun sürən etirazlar və zorakı hadisələrin qarşısını növbədənkənar seçkilərə getməklə almağın mümkünlüyünü dilə gətirib.
Sistani xütbəsində qeyd edib ki, indiki böhrandan sürətlə və dinc şəkildə çıxmağın yolu ədalətli qanunlarla növbədənlənar seçkilərə getməkdir.
O ümid edib ki, yeni hökumətin qurulması uzanmayacaq.
Qeyd edək ki, ötən həftə İraq parlamentində yeni seçki məcəlləsinin qəbulu haqda konsensusa gəlinməyib. Hazırda ölkədə davam edən etiraz aksiyasının bir tələbi də yeni seçki qanunun qəbuludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31