Ölkənin bəzi bölgələrində internet kəsildi - Genişmiqyaslı həbslər BAŞLANDI

Ölkənin bəzi bölgələrində internet kəsildi - Genişmiqyaslı həbslər BAŞLANDI

Hindistanda müsəlman miqrantları vətəndaşlıq statusundan kənarda qoyan qanun layihəsinə qarşı baş qaldıran etiraz aksiyalarında minlərlə insan həbs edilib.

İğtişaşlarda 3 nəfərin ölməsindən sonra ölkənin müxtəlif əyalətlərində internet bağlantısı kəsilib.

Paytaxt Yeni Dehlidə 3 metro stansiyasına giriş-çıxış bağlanıb.

Camia Millia İslamia Universitetinin tələbələri internet və ictimai nəqliyyatdakı məhdudlaşmalara rəğmən, aksiyalarına davam edir.

Toqquşmalarda 16-sı polis olmaqla, 35 nəfər yaralanıb.

Təkcə Mumbay şəhərində 25 min nəfər qanuna qarşı küçələrə axışıb.

Qeyd edək ki, dünyada ən çox müsəlman əhaliyə sahib ikinci ölkə olan Hindistan 200 milyon müsəlmanı ikinci sinif vətəndaşa çevirmək üçün bu addımı atıb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31